Litvada Azərbaycanda siyasi məhbuslara azadlıq tələbilə askiya keçirilib

Litvada Azərbaycanda siyasi məhbuslara azadlıq tələbilə askiya keçirilib
16 Sentyabr 2017
Mətni dəyiş

Avropaya sığınan bir qrup mühacir dünən, sentyabrın 15-də Azərbaycanın Litvadakı səfriliyinin qarşısında siyasi məhbus sayılan şəxslərə azadlıq tələbi ilə etiraz aksiyası keçiriblər.

Aksiyanı Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi (AKM) təşkil edib. AKM-in yaydığı məlumata görə, aksiyanın şüarı “Siyasi məhbuslara azadlıq!” olub.

Azadlıq Radiosunun məlumatına görə, Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin üzvləri Sənani Nəsirov, Azad Həsənov, Cavid İmanov və Təranə Həsənova Azərbaycanda insan haqlarının durumundan narazılıq ifadə ediblər.

Litvada etiraz aksiyası

İştirakçılar Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlıya, REAL lideri İlqar Məmmədova, jurnalist Əfqan Muxtarlıya və digər siyasi məhbus sayılan şəxslərə azadlıq tələb ediblər.

Xatırlatma

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

Koordinasiya Mərkəzi bu il Almaniyada bir neçə dəfə «Siyasi məhbuslara azadlıq!» şüarı ilə etiraz aksiyası keçirib. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkil edən, eləcə də, aksiyada iştirak edənlərin Azərbaycandakı yaxınlarının polisə çağırıldığı, sorğu-sual edildiyi bildirilirdi.

Azərbyac rəsmiləriölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Müsavat Avropa Koordinasiya Mərkəzi bundan əvvəl ötən həftə sonu Almaniyada həmin günlərdə həbsdə olan “Turan” Agentliyinin direktoru Mehman Əliyevə azadlıq tləbi ilə etiraz askiyası keçirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun