"Konsulluğun binasında konservasiya işləri aparılır" - Mariya Zaxarova

"Konsulluğun binasında konservasiya işləri aparılır" - Mariya Zaxarova
2 Sentyabr 2017
Mətni dəyiş

Rusiyanın San-Fransiskoda yerləşən konsulluğunun damından çıxan tüstü ilə bağlı Rusiya XİN nümayəndəsindən açıqlama gəlib.

Abzas.net xəbər verir ki, Rusiya XİN sözçüsü Maria Zaxarova öz "Facebook" səhifəsində bu məsələyə münasibət bildirib.

O, Rusiyanın San Fransiskoda yerləşən və bir gün sonra bağlanacaq konsulluğunda konservasiya işlərinin aparıldığını bildirib.

Daha öncə çıxan məlumatlarda bildirilirdi ki, damından tüstü çıxan konsulluğun binasına yanğınsödürənlər çağırılıb.

"ABŞ, illərdir diplomatik toxunulmazlığa malik bir binanın konservasiyası və bağlanması üçün iki gün vaxt verib və binada axtarış aparmaq qərarına gəlib. Daha sonra isə binanın üstündə tüstü "görüblər", lakin onun borudan çıxdığını "görməyiblər"" - deyə, Zaxarova bildirib.

"İllərdi diplomatik toxunulmazlığa malik binada konservasiya işləri aparılır. Bu səbəbdən, pəncərələr bağlana, pərdələr çəkilə, işıq söndürülə, su axa, qapılar bağlana, zibillər atıla, enerji vasitələri çıxarıla və bir çox digər tədbirlər görülə bilər", - XİN sözçüsü öz "Facebook" səhifəsində qeyd edib.

"Konsulluq binanın konservasiyası ilə məşğuldu. Əslində isə, yox, binanın yox. Onlar Rusiya-ABŞ əlaqələrini konservasiya edirlər, onu daha yaxşı vaxtlar üçün qorumaq məqsədilə" - Zaxarova sonda vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun