Keniya Ali məhkəməsi prezident seçkilərinin nəticələrini ləğv edib və 60 gün sonraya yeni prezident seçkiləri təyin edib. Bu barədə BBC məlumat yayıb.
Abzas.net xəbər verir ki, səsvermə zamanı seçkinin nəticələrinə təsir edən pozuntular və qanuna zidd hərəkətlər qeydə alınıb.
Keniyada seçkilər avqustun 8-də baş tutub. Seçkidə hazırki prezident Uhuru Kenyatta 54,27% səslə qalib gəlib. Onun əsas rəqibi Raila Odinga isə 44,74 % səs qazanıb.
Seçkilərdən dərhal sonra, müxalifətin namizədi olan Raila Odinga seçki komissiyasının komputer sisteminin dağıdıldığını, nəticələrin isə saxtalaşdırıldığını bəyan edib.
Uhuru Kenyatta 2013-cü ildə Keniyanın prezidenti seçilib. O zaman da, onun rəqibi həmin vaxt ölkənin baş naziri olan Raila Odinga olub.
Kenyatta insanlığa qarşı cinayət törətməkdə ittiham olunurdu. Beynəlxalq cinayət məhkəməsi bu məsələni araşdırsa da, sonradan, 2014-cü ildə günahsız hesab edilmişdi.