Kataloniyada 12 nəfər həbs olunub, 10 milyon bülleten müsadirə edilib

Kataloniyada 12 nəfər həbs olunub, 10 milyon bülleten müsadirə edilib
20 Sentyabr 2017
Mətni dəyiş

İspaniya mülki qvardiyası, Kataloniyada keçirilməsi planlaşdırılan referenduma hazırlıqla əlaqəsi olan 12 nəfəri həbs edib.

Abzas.net xəbər verir ki, bu barədə hakimiyyət mənbələrinə istinadən "Pais" məlumat verib.

Saxlanılanlar arasında Kataloniya hökümətinin (Jeneralitet) telekomunikasiya və informasiya mərkəzinin əməkdaşları, sosial məsələlər, iqtisadi və maliyyə, xarici işlər idarələrinin əməkdaşları da var. Onlardan bəziləri referendumla bağlı materialların yayılması ilə əlaqəlidir.

Bundan əlavə, Jeneralitetin vitse-spikerinin müavini Josep Mari Jove-nin də milli qvardiyaçılar tərəfindən saxlanıldığı bildirilir.

Hökümətin binasında axtarış aparılıb. Qvardiyaçılar referenduma hazırlıqla bağlı sənədləri axtarırdılar.

Kataloniya rəhbəri Carles Puigdemont həbslər və axtarışlarla əlaqədar olaraq, icraedici komitələrin iclasını çağırıb.

"Podemos" (En Comu Podem) partiyasının Kataloniya bölməsinin rəhbəri Xavier Domenech kataloniyalıların hüquqlarının və suverenliyinin müdafiəsi naminə gücləri birləşdirməyə çağırıb. Onun sözlərinə görə, bu həbslər "bütün sərhədləri aşdı".

Həmçinin mülki qvardiyanın əməkdaşları Kataloniya bələdiyyələrinə göndərilməsi nəzərdə tutulmuş 45 min məlumat kitabçasını, 10 milyona yaxın səsvermə bülletenini müsadirə edib.
Kataloniya rəhbərliyi 1 oktyabr tarixində "müstəqillik referendumu" keçirməyə hazırlaşır.
İspaniya Konstitusiya məhkəməsi Jeneralitet və Kataloniya parlamenti tərəfindən qəbul olunmuş referendum barədə sənədləri ləğvi barədə qərar çıxardıb. Kataloniya rəhbərliyinin referenduma hazırlıqla bağlı bütün hərəkətləri qanunsuz olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun