Kanada dolları uçot dərəcəsinin artırılmasından sonra kəskin bahalaşıb

Kanada dolları uçot dərəcəsinin artırılmasından sonra kəskin bahalaşıb
7 Sentyabr 2017
Mətni dəyiş

Kanada Mərkəzi Bankı son 3 ay ərzində uçot dərəcəsini 2-ci dəfə artırıb. 

"Report" "İnterfax"a istinadən xəbər verir ki, maliyyə bazarları uçot dərəcəsinin 0,75% səviyyəsində saxlanılacağını proqnozlaşdırsalar da, sözügedən göstərici 1%-ə qaldırılıb.

Son nəticədə Kanada dolları ABŞ dolları qarşısında 2,25% dəyər qazanaraq 26 aylıq rekordu yeniləyib. Belə ki, CAD/USD nisbəti 1,2417 -dən 1,2136-ya düşüb, hazırda isə 1,218-dir. Son 4 ayda isə Kanada dolları ABŞ dollarına nisbətən 12% möhkəmlənib.

Kanada Mərkəzi Bankı gələcək pul-kredit siyasətini iqtisadi göstəricilərə və maliyyə bazarlarındakı konyunktura uyğun olaraq müəyyən edəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun