Sentyabrın 22-də araşdırmaçı-jurnalist, Xədicə İsmayıl ölkədən çıxışına qoyulan qadağanın qaldırılması ilə bağlı yenidən məhkəməyə müraciət edib.
Abzas.net xəbər verir ki, Xədicə İsmyaıl xaricdən iş təklifi aldığını və bu səbəblə Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyini bildirib.
"Stokholm İqtisadiyyat Məktəbinin Riqa filialından araşdırma jurnalistikasından noyabr-dekabr aylarında 23 gün dərs demək üçün təklif almışam. Bu məqsədlə məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarına bütövlükdə xitam versə belə, ölkəni daimi tərk etmək fikrim yoxdur", - deyə, jurnalist bildirib.
X.İsmayıl ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması tələbi ilə bir neçə dəfə məhkəməyə müraciət etsə də, Binəqədi Rayon Məhkəməsi hər dəfəsində araşdırmaçı-jurnalistin müraciətini rədd edib.
Araşdırmaçı-jurnalistin ilk müraciəti üzrə iş artıq Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.