İspaniya Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib

İspaniya Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib
11 Sentyabr 2017
Mətni dəyiş

Xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib.

Abzas.net xəbər verir ki, Məmmədyarov ispaniyalı diplomatı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilərək kənd-təssürrüfatı, turizm və humanitar sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun