Prezident İlham Əliyev sentyabrın 5-də Gürcüstanın xarici işlər naziri Mikheil Canelidze-ni qəbul edib.
Abzas.net xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.
Mikheil Canelidze sentyabrın 6-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə də iştirak edəcək.
Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun da Azərbaycana səfəri başlayıb.