İlham Əliyev BMT-də ailəvi iştirak edib [fotolar]

İlham Əliyev BMT-də ailəvi iştirak edib [fotolar]
20 Sentyabr 2017
Mətni dəyiş

Sentyabrn 19-u Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.

Abzas.net xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevə ilə birlikdə açılışda iştirak ediblər.

Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin baş katibi António Guterres hazırda dünyada bir çox problemlərin olduğunu vurğulayıb, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirib.

Qaçqınların sayının artması, miqrasiyanın çağırışları, insan alveri, iqlim dəyişikliyi və digər mövcud qlobal problemlərə toxunan BMT-nin baş katibi əminliyini ifadə edib ki, yalnız birlikdə sülhə nail olmaq və qarşılıqlı etimadı bərpa etmək mümkündür.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxunub. O vurğulayıb ki, dövlətlər xalqların maraqlarını və gələcəyini müdafiə etməlidir.

ABŞ prezidenti deyib ki, birlikdə çalışıb təhdidlərin qarşını almaq lazımdır. Prezident Türkiyə, İordaniya və Livana Suriyadan olan qaçqınları qəbul etdiklərinə görə minnətdarlığını da bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun