İlham Əliyev AYİB-in prezidentini qəbul edib [yenilənib]

İlham Əliyev AYİB-in prezidentini qəbul edib [yenilənib]
7 Sentyabr 2017
Mətni dəyiş

Sentyabrın 7-də prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Chakrabarti-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə mütəmadi olaraq Bakıda və Davosda keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq Suma Chakrabarti-nin Azərbaycana müntəzəm səfərlərinin əhəmiyyətini vurğulayıb, bu səfərlərin həyata keçirilən işlər və gələcək planlarla bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə kredit portfelinin həcminin 3 milyard dollara yaxın olduğunu vurğulayaraq onun böyük hissəsinin özəl sektora yönləndirilməsinin razılıq doğurduğunu deyib və bunun ölkə iqtisadiyyatının özəl sektorunun genişlənməsinin yaxşı göstəricisi olduğunu bildirib.

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti-nin Azərbaycana səfərinin görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün imkan yaratdığını deyib.

AYİB prezidenti Suma Chakrabarti Prezident İlham Əliyevlə əvvəlki görüşlərini xatırlayaraq həmin görüşlər zamanı əməkdaşlıqla bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb və bu səfəri zamanı da əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müəyyən ediləcəyinə əminliyini ifadə edib.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirakı, Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı, özəl sektora dəstək və məişət tullantılarının idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun