Gürcüstanda NATO-nun hərbi təlimləri davam edir

Gürcüstanda NATO-nun hərbi təlimləri davam edir
9 Sentyabr 2017
Mətni dəyiş

Gürcüstanda  Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri davam edir.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Orpolo hərbi poliqonunda keçirilən səhra təlimində  Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya və Ukrayna hərbçiləri iştirak edib.

Təlimdə  hərbçilər ağır texnikanın iştirakı ilə hücum və müdafiə əməliyyatları həyata keçiriblər.

Sentyabrın 11-dək davam edəcək təlimlər Orpolo hərbi poliqonu ilə yanaşı leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq. Təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edir. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. “Agile Spirit” təlimləri 2011-ci ildən etibarən hər il keçirilir. Təlimlər Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının komponentlərindən biridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun