Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
6 Sentyabr 2017
Mətni dəyiş

Gürcüstan Mərkəzi Bankının bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin indiki - 7% səviyyəsində saxlanılmasına qərar verilib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, qurumun rəhbərliyi qərarını inflyasiyanın sürətlənməyə başlaması ilə izah edib.

Avqust ayında Gürcüstanda qiymətlər iyul ayına nisbətən 0,2%, illik müqayisədə isə 5,7% artıb.

Gürcüstan Mərkəzi Bankının növbəti iclası oktyabrın 25-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun