Bu gün Bakı Apellyasiya Məhkəməsində “Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Abzas.net xəbər verir ki, hakim Natiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Ötən ilin iyul ayında həbs edilən "JAM.az" saytının rəhbəri Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham edilib.
O, həbs edilərkən Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, cənab Fərəməzoğlu "bir restoran sahibindən 3000 manat alarkən" saxlanılıb.
Jurnalist və vəkilləri bu ittihamları təkzib edir və həbsin "siyasi motivli" olduğunu qeyd edirlər.
Fərəməzoğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.