DİN peşəkar futbolçunu həbs etdiyini bildirib

DİN peşəkar futbolçunu həbs etdiyini bildirib
18 Sentyabr 2017
Mətni dəyiş

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda üstü açılmış oğurluq hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Abzas.net xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

Tutulanlardan Nicat Muxtarov “Sumqayıt” futbol klubunun oyunçusudur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun