Deputatlar: “Bunlar Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrdir"

Deputatlar: “Bunlar Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrdir"
19 Sentyabr 2017
Mətni dəyiş

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilir. Abzas.net xəbər verir ki, deputatlar ölkənin həm daxili, həm də xarici siyasətindən danışıblar. Dünya Azərbaycandan nümunə götürür

Cari məsələlər barədə danışan deputat Fəttah Heydərovbildirib ki, Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında iştirak edir və onun gözlənilən çıxışı tarixi hadisə olacaq. O qeyd edib ki, bu gün dünyada siyasi, iqtisadi, humanitar sahədə ciddi böhranlar müşahidə olunur: “Bu böhranlara baxmayaraq, Azərbaycan öz yolunu davam edir. Ölkə başçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu böhranlardan kənarda qalıb. Bu gün dünya Azərbaycandan nümunə götürür. Biz millət vəkilləri də ölkə başçısının bu siyasətinin uğurla həyata keçirilməsinə töhfəmizi verməliyik”. Biz deputat kimi nəinki qanunvericilik aktlarının hazırlanmasında, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməliyik Deputat Tahir Kərimli isə deyib ki, 2018-ci ildə prezident seçkilərinə kölgə salmaq üçün bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır: “Bunlar Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrdir. Biz deputat kimi nəinki qanunvericilik aktlarının hazırlanmasında, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməliyik. Bu təbliğat vasitəsində bələdiyyələrin də rolu ola bilər. Biz ölkədə gedən inkişafı daha da sürətləndirməliyik”. Deputat Fəzail İbrahimli də gələn il Azərbaycanda həssas il olacağını, qarayaxma kampaniyasına qarşı dövlətin ətrafında sıx birləşməyin vacibliyindən danışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun