Deputat şeyxülislamın qudasını məhkəməyə verib

Deputat şeyxülislamın qudasını məhkəməyə verib
26 Sentyabr 2017
Mətni dəyiş

Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş deputat, Allahşükür Paşazadənin qudası Qalib Salahzadəni məhkəməyə verib.

Abzas.net xəbər verir ki, bu barədə Çingiz .Qənizadənin vəkili Raqif Mustafayev məlumat yayıb.

Vəkilin sözlərinə görə, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib.

Raqif Mustafayev bildirib ki, Qalib Salahzadə Çingiz Qənizadəyə böhtan atıb və onu təhqir edib:

"Ona görə müvəkkilim 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir".

R.Mustafayevin sözlərinə görə, Qalib Salahzadə son günlər mətbuatda Çingiz Qənizadəyə qarşı ağır ittihamlar səsləndirib. Məhkəməyə də məhz buna görə verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun