Belçikanın keçmiş baş naziri Azərbaycan üçün lobbiçilik fəaliyyətinə son qoyub

Belçikanın keçmiş baş naziri Azərbaycan üçün lobbiçilik fəaliyyətinə son qoyub
8 Sentyabr 2017
Mətni dəyiş

7 il Belçikanın naziri olmuş, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilghen Azərbaycan üçün lobbiçilik fəaliyyətinə son qoyub.

O, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Beneluks üzrə direktoru kimi Azərbaycanla mədəni və iqtisadi əlaqələri genişləndirməklə məşğul olurdu. Mark Vervilghen qərarının şübhəli pul axını araşdırmaları ilə əlaqəsi olmadığını bildirib. O istefasını sentyabr ayının 30-u müqaviləsinin vaxtının bitməsi və yaşının 65 olması ilə əlaqələndirib.

Eks nazir “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmalar barədə heç bir açıqlama vermək istəmədiyini bildirib.

Belçikadakı Azərbaycan səfirliyi də bütün iddiaları təkzib edir.

Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov rəhbərlik edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun