Bəhruz Quliyevdən hələ də xəbər yoxdur

Bəhruz Quliyevdən hələ də xəbər yoxdur
25 Sentyabr 2017
Mətni dəyiş

Müsəlman Birliyi Hərəkatının üzvü Bəhruz Quliyevdən hələ də xəbər yoxdur. 

Abzas.net xəbər verir ki, bu barədə hüquqşünas Samira Ağayeva məlumat yayıb.

Samira Ağayeva bildirib ki, Quliyev sentyabrın 21-də axşam saat 18:00-da işlədiyi Diqlas ticarət mərkəzindən 3 nəfər mülki geyimli şəxs tərəfindən qara cipə zorla mindirilərək oğurlanıb.

Hüquqşünasın əlavə edib ki, üç kişi və bir qadın onun evinə gələrək heç bir qərar təqdim etmədən kompüterini və digər əşyalarını götürüblər.

"Bəhruz Quliyevin ailəsi və vəkili dövlət orqanlarına müraciət etsələr də, heç bir məlumat əldə edə bilmirlər" - deyə Samira Ağyeva bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun