Azəri, Çıraq və Günəşli yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilir

Azəri, Çıraq və Günəşli yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilir
14 Sentyabr 2017
Mətni dəyiş

Çərşənbə axşamı səhəri Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli (ACG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir.

Abzas.net xəbət verir ki, birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi mərasimdə prezident Əliyev nitq söyləyib.

İmzalanma nəticəsində "Əsrin müqaviləsi" adı ilə də tanınan AÇG blokunun birgə işlənilməsinə dair Sazişin müddəti 2050-ci ilədək uzadılacaq.

SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərə bildirib ki, SOCAR ölkənin ən böyük neft yataqlarının işlənməsi üçün BP ilə hasilat pay bölgüsü barədə yeni müqavilə sayəsində öz payını iki dəfədən çox artırmağı planlaşdırır.

Reuters yazır ki, yeni Saziş planına əsasən SOCAR-ın payı 11.65 faizdın 25 faizə qalxa bilər.

"Əsrin müqaviləsi" sövdələşməsi 1994-cü ildə imzalanıb.

Ötən ilin sonunda 2050-ci ilədək işlənməsinə dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin əməliyyatçı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında niyyət məktubu imzalanıb.

Azərbaycanın Dövlət Neft Fonduna əsasən 2001-ci ilin əvvəlindən bu ilin mart ayınadək AÇG yatağı üzrə əldə olunan ümumi gəlir 123.102 mlrd ABŞ dollarına bərabər olub.

Hazırda Xəzərdəki layihədə səhmlərin böyük hissəsi BP-nin əlindədir. Britaniya şirkəti 35.8 faizlik paya malikdir. Digər səhmdarlar, SOCAR, ABŞ-ın Chevron və Yaponiyanın İnpex şirkəti hərəsi 11 faizə, Norveçin Statoil şirkəti isə 8.6 faizə malikdir. Amerikanın Exxon şirkəti isə 8 faizin sahibidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun