"Azərbaycan dedikdə, sizə böyük məna kəsb etməyəcək. Qərbdə bu ölkə Eurovision mahnı müsabiqəsi, daha bir futbol çempionatına kvalifikasiya qazanan bir ölkə kimi tanınır. Azərbaycanın Xəzər dənizi sahilləri, nefti və 10 milyonluq xalqı var. Lakin bunun əks üzü də var".
Araşdırmaçı jurnalist Xədicə İsmayılova “The Guardian” qəzetində dərc edilən məqaləsinə belə başlayır. Azərbaycanın jurnalizmin cinayət hesab edildiyi bir ölkə olduğunu vurğulayan İsmayılova həbsdə olan 158 siyasi məhbusun 10-nun jurnalist olduğunu yazır.
Müəllifin sözlərinə görə, Azərbaycan rejiminin respressiyalara güclü məntiqi izahatı var. Müstəqil media və vətəndaş cəmiyyətinin məhdud fəaliyyəti korrupsiyanın mütləq toxunulmazlığını təmin edir.
O, korrupsiyanın təhsil və səhiyyə sistemini iflic hala saldığını, hakim ailənin adi insanlar hesabına varlandığını yazır.
Jurnalist vətəndaşların imkanları və azadlığını oğurlayanların azad və qüdrətli şəkildə repressiyalarını davam etdirdiyini bildirir.
İsmayılova yazır ki, Azərbaycanın pulyuyan maşınları kleptokratik işlərə dəyərli görüntü imkanı yaradır.
“Seçkilərdə səsi oğurlanan Azərbaycan xalqının nə dəyişiklik, nə də beynəlxalq təsisatların effektiv dəstəyinə imkanı var. Daimi sülalənin hakimiyyəti insanların qaçıqlmaz reallığıdır. Atasından miras qaldığı qüdrət prezident öz xanımını vitse-prezident təyin edib. Beləliklə özü olmaqdıqda xxanımın onu əvəz etməsinə imkan yaradıb. Azərbaycan xalqınınn 2018-ci il seçkiləri ilə dyişiklik yaratmaq şansı olduqca məhduddur”- deyə, Xədicə İsmayılova yazır.
Jurnalist azərbaycanlıların sadəlövh olmadığını yazır. "Onlar bilir ki, qərbli siyasətçilərin xidmətdə istifadə olunması pul aparır. İnsanlar nəyə görə Azərbaycan rejiminin həqiqətləri ölkə daxilində və xaricdə gizlətdiyini də yaxşı başa düşür."
Xədicə İsmayılova hökumətin hər kəsi susdurmaq amacının iflasa uğrayacağını deyir. Belə ki, hər bir evdə həqiqətləri söyləyən maşın mövcuddur - boş soyuducu. Gün gələcək ki, zəngin oliqarxların bu boş soyuducular sayəsində varlandığını bilən yoxsul xalqın qəzəbi alovlanacaq, İsmayılova yazısını bitirir.