Azərbaycanda sanskiyaların ilk ünvanı kimi Mirqafar Seyidov göstərildi

Azərbaycanda sanskiyaların ilk ünvanı kimi Mirqafar Seyidov göstərildi
13 Sentyabr 2017
Mətni dəyiş

Azərbaycanda və başqa avtoritar ölkələrdə işgəncə və korrupsiya hallarına görə ABŞ sanksiya tətbiq etməli olduğu yüksəkrütbəli məmurların adı açıqlanıb. 

Abzas.net xəbər verir ki, bu barədə 23 beynəlxalq insan haqları təşkilatının ABŞ dövlət katibi Rex Tillerson və maliyyə naziri Steven Mnuchin-ə ünvanladıqları məktubda qeyd edilib.

Məktubda deyilir ki, universal insan hüquqlarının təşviqi və korrupsiyaya qarşı mübarizə aparan təşkilatlar olaraq Trump Administrasiyasına 'Qlobal Maqnitski Aktı"ni həyata keçirmək öhtəliyi götürdükləri üçün təşəkkürlərini bildiriblər.

Məktubda 'Qlobal Maqnitski Aktı'nın ABŞ tərəfindən avtoritar ölkələrdə korrupsiya və işgəncə hallarına görə vəzifəli şəxslərə qarşı maliyyə və viza sanksiyalarının tətbiq edilməsi üçün hazırlandığı qeyd edilib.

Məktubu imzalayan beynəlxalq təşkilatlar bildirirlər ki, 'Qlobal  Magnitski' insan haqlarının ən pis olduğu ölkələrdə vəziyyətə təsir etmək üçün ən yaxşı vasitədir.

Beynəlxalq təşkilatlar ABŞ hökumətini çağırırlar ki, avtoritar ölkələrdə işgəncələrdə daha çox adı hallanan və ən ciddi şəkildə korrupsiyaya bulaşmış şəxslərə qarşı sanksiyalar tətbiq etsinlər. Onlar 15 ölkədən 15 yüksək rütbəli məmurun adını dövlət katibinə və maliyyə nazirinə göndəriblər.

Siyahıda Azərbaycan, Bəhreyn, Çin, Misir, Efiopiya, Meksika, Səudiyyə Ərəbistanı, Tacikistan, Özbəkistan, Viyetnam, Liberiya, Panama, Rusiya, Ukrayna və Konqodan olan məmurları adı var.

Azərbaycandan isə birinci sırada Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidovun adı var. Onunla bağlı təşkilatların məlumatında deyilir ki, Mirqafar Seyidov Azərbaycanda həbs olunan, keçmiş prezidentin heykəlinə etiraz şüarları yazan iki akvitistə (Bayram Məmmədov və Qiyas İbrahimov) işgəncə verməkdə hallanır.

Bakı polisinin rəisi haqqında bildirilir ki, M.Seyidov bundan əvvəl Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi olub. Rəis bir neçə ictimai-siyasi fəalla işgəncə verilməsində iştirak edib. O, polislərə bununla bağlı göstəriş verib, hətta bəzilərində şəxsən iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun