"Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatın müzakirəsi oktybarın 9-13-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti payız sessiyasının gündəliyinə daxil edilib.
AŞPA-nın mətbuat xidmətinin məlumatına görə, AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda tərəfindən hazırlanmış hesabatın müzakirəsi oktyabrın 11-nə planlaşdırılır.
Qarşıdakı sessiyanın ilkin proqramına əsasən, oktyabrın 11-də həmçinin belçikalı deputat Alan Destex-in müəllifi olduğu "Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində növbəti addımlar hansılardır?" adlı daha bir hesabatın müzakirəsi aparılacaq.
Eyni zamanda, sessiyanın gündəliyinə Pedro Agramunt-un AŞPA prezidenti vəzifəsindən çıxarılması məsələsi də daxil ediləcək. Bu məsələnin sessiyanın ilk günündə, oktyabrın 9-da müzakirə olunacağı gözlənilir.
Bundan əlavə, sessiya zamanı Albaniyadakı parlament seçkilərinə (25 iyun 2017), "İŞİD-in insanlığa qarşı cinayətlərinin təqibi və cəzalandırılması" hesabatına baxılacaq, Çexiya Prezidenti Milosh Zeman-ın çıxışı baş tutacaq.