Azərbaycanda 70-dək dövlət xəstəxanası ödənişli olacaq

Azərbaycanda 70-dək dövlət xəstəxanası ödənişli olacaq
28 Sentyabr 2017
Mətni dəyiş

Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə APA məlumat yayıb. 

Abzas.net xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə ötən ildən başlayaraq icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Söhbət dövlət xəstəxanalarından gedir

“Bilirik ki, həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onlar isə sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs olmalı və xüsusi hesabları  açılmalıdır.  Artıq publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb. İlkin olaraq 70 müəssisə nəzərdə tutulub və sonradan onların sayı artırılacaq” - nazir müavini əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun