Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü gözlənilir

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü gözlənilir
6 Sentyabr 2017
Mətni dəyiş

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır, lakin hələlik dəqiq tarix bilinmir".

Abzas.net xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlama verərkən bildirib.

"Hələlik gözləyirik. Ola bilsin görüş Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyasının açılışı çərçivəsində keçirilsin", - deyə nazir bildirib.

Elmar Məmmədyərov qeyd edib ki, görüşlərdə nəticə əldə olunmalıdır:

"Dəfələrlə dediyimiz kimi, əvvəlcə Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq lazımdır".

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun