Azərbaycan Milli Məclisində keçirilən beynəlxalq konfransda erməni deputatlar da çıxış ediblər.
Bakıda keçirilən konfansda Ermənistan parlamentinin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Ashotyan deyib ki, burda Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq.
Abzas.net xəbər verir ki, erməni deputatın sözlərinə görə, Avronest PA Ermənistan üçün çox vacibdir. Deputat bildirib ki, dəvət olunduqları üçün təşəkkür edirlər, burda olmaq şansdır.
[caption id="attachment_47147" align="aligncenter" width="1280"] Armen Ashotyan[/caption]'Məktəblərdə ermənilərə qarşı dözümsüzlük və nifaq təbliğ olunmur'
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlar arası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir.
Nazir müavini bildirib ki, Azərbaycan məktəblərində erməni xalqına nifaq və dözümsüzlük təbliğ edilmir.
"Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.
XatırlatmaSentyabrın 22-də Azərbaycan parlamentində "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" mövzusunda konfransı işə başlayıb.
Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.