"Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır" - Allahşükür Paşazadə

"Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır" - Allahşükür Paşazadə
25 Sentyabr 2017
Mətni dəyiş

“Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır”.

Abzas.net xəbər verir ki, bu barədə İstanbulda keçirilən “Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə danışıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə Dini İşlər Vəqfi və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət, Mədəniyyət Tədqiqatları Mərkəzi – İRCİCA da dəstək verir.

Toplantıda açılış çıxış edən QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə hadisələrə vaxtında qiymət verməyin vacibliyini vurğulayıb:

“Vaxtında qarşısı alınmayan və düzgün siyasi qiymət verilməyən hadisələr sonradan daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Əzəli torpaqlarının 20%-i erməni işğalı altında olan Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətdikləri soyqırıma düzgün qiymət verilsəydi, müsəlmanlara qarşı başqa soyqırımlar həyata keçirilməzdi”.

A. Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini ekstremizmin və terrorun qarşısının alınması üçün “dində vəhdət və birlik” ideyasını həyata keçirdiklərini söyləyib. Bu ideyanı ölkədə və bölgədə uğurla həyata keçirdiklərini diqqətə çatdıran M.Qurbanlı bu istiqamətdəki təşəbbüslərini dünya miqyasında davam etdirəcəklərini vurğulayıb.

Türkiyə baş nazirinin dini işlər üzrə müavini Bekir Bozdağ da konfransda  çıxış edib. O, konfransda iştirak edən elm adamlarına müraciət edib:

“İŞİD, FETÖ, “Boko Haram” kimi terror təşkilatlarını aradan çıxarmaq üçün ən böyük vəzifə sizin üzərinizə düşür. “Quran”ı, peyğəmbərimizin həyat və fəaliyyətini, düzgün hədisləri insanlara çox dərindən öyrətməliyik. Terror təşkilatları kimi bir zəhərə qarşı biz sadəcə elm, kitab, “Quran” yoluyla mübarizə apara bilərik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun