Azərbaycan hökumətindən 'pulyuyan maşın' vasitəsilə kimlər pul alıb?

Azərbaycan hökumətindən 'pulyuyan maşın' vasitəsilə kimlər pul alıb?
5 Sentyabr 2017
Mətni dəyiş

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi “Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırma dərc edib.

Araşdırmada Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitasının məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət verməsindən danışılır.

OCCRP-nin dərc etdiyi yazıda Azərbaycan hökumətindən pul alan şəxslərin adlarını yayımlayıb.

Hesabatda deyilir ki, Avropa Şurasının Parlament Assambleyasının 3 üzvü: almaniyalı deputat və sloveniyalı siyasətçi beynəlxalq təşkilatların əleyhinə gedib, Azərbaycanda seçkilərin ədalətli keçirildiyini dedilər, italiyalı siyasətçi Azərbaycandan rüşvət alma ittihamı ilə istintaq altındadır. UNESCO rəhbərinin bolqarıstanlı əri də Azərbaycanın Pulyuma Maşınından pul alıb.

2013-cü il oktyabrın 25-də Polux şirkətinin hesabından 660 min dollar məbləğində 7 köçürmə edilib. Hesabına pul köçürülənlərdən ikisi Avropa Birliyi lobbiçiləri olub.

84 min dollar Eduard Lintnerə “xidmətə” görə verilib. Lintner Almaniyadan keçmiş deputadır, Xristian Sosial Birlik partiyasının üzvüdür. O bu pulu almazdan iki həftə qabaq Azərbaycanda prezident seçkilərini izləmiş Almaniya müşahidəçiləri dəstəsinə başçılıq edirdi. O, beynəlxalq aləmin tənqid elədiyi Azərbaycan seçkiləri haqda dedi ki, bu seçkilər Almaniadakı standartlar səviyyəsində keçirilib.

[caption id="attachment_45583" align="aligncenter" width="1000"] Eduard Lintner[/caption]

Lintner üst-üstə Azərbaycanın Pulyuma Maşınından 1,1 milyon dollar alıb. Lintnerin izahı budur ki,o, pulları Azərbaycan-Almaniya münasbətlərini inkişaf etdirən Cəmiyyət üçün alırdı.

Polux şirkəti 2013-cü ilin oktyabrın 25-də Kalin Mitrevə də 27 min dollar köçürüb. Mitrev UNESCO-nun Baş Direktoru olan İrina Bokovanın əridir. Mitrevə pul rəhbərlik xidmətlərinə görə verilib.

Mitrevə 2012-2014-cü illər arası üst-üstə 576 min dollar köçürülüb.Həmin vaxt Mitrev iş adamı idi, indi isə Avropa Yenidənqurma və İnkişaf Bankının direktorudur.

Mitrev deyir ki, ona pulu nəyə görə verdiklərini bilmirdi.

Xanımının bu işlərdən xəbəri var idimi? – sualına Mitrev cavab verməyib. Bukova isə Berlingske qəzetinə cavabında yazıb ki, o bu işlərdə əyrilik olduğunu qəti şəkildə rədd edir və bütün bu deyilənlərin çap olunmasını şər hesab edəcək.

[caption id="attachment_18313" align="aligncenter" width="1000"] Luka Volonte[/caption]

Azərbaycanın pulyuma maşınından ən çox pul alan avropalı siyasətçi isə AŞPA deputatı və AŞPA-da Avropa Xalq Partiyası deputatları qrupunun keçmiş sədri itlaiyalı Luca Volontedir – 2 milyon 640 min dollar!

Bu köçürmələrə görə İtaliyanın özündə Volonte haqda cinayət işi başlanıb. Müstəntiqlərin dediyinə görə, Volonte Azərbaycanda insan haqları pozuntularını, siyasi məhbusların olmasını pisləyən AŞPA hesabatını gözdən salmaq üzərində işləyirdi.

Sloveniyanın Milli Partiyasının sədri və AŞPA-nın keçmiş üzvü Zmago Jelincic Plemeniti isə 2012-ci ilin iyulunda Metastardan 31820 dollar pul alıb. Plemeniti Azərbaycanda 2010-cu il parlament,2013-cü il prezident seçkilərində müşahidəçi olub.

Plemeniti OCCRP-yə deyib ki, pul ona Tone Svetinanın “Ukana” kitabını sloveniya dilindən rus dilinə tərcüməyə görə verilib. Bu kitab ikinci dünya müharibəsində Sloveniya torpaqlarında vuruşan azərbaycanlı partizan Mehdi Hüseynzadə haqdadır. Mehdi Hüseynzadə Plemenitinin atası ilə birlikdə vuruşub.

[caption id="attachment_45584" align="aligncenter" width="1023"] Zmago Jelincic Plemeniti[/caption]

Azərbaycanın Pulyuma Maşını təkcə siyasətçilərə pul verməyib. 2014-cü ildə Hilux CNN televiziyasının keçmiş prodüseri Sager Eckartın Birləşmiş Ərəb Əmirliklərində olan bank hesabına 2,6 milyon dollar köçürüb.

Eckart Azərbaycan hökumətinin baxışlarını təbliğ edənlər siyahısındadır.

İtaliyalı memar Mario Palmonella da Azərbaycanda memarlıq layihələrinə görə Hilux-dan pul alıb.

İtaliyalı memar Bakıda işləyib-yaşayan italyanların imzaladığı açıq məktubda imzası olanlardan biridir. Qərb mediasında Azərbaycanın tənqid olunmasına etiraz bildirilən həmin məktub belə başlanırdı: “biz hamımız azərbaycanlıyıq”.

Memar və onun ailə üzvləri Azərbaycanın Pulyuma Maşınından 74 min dollar alıb. O, OCCRP-yə deyib ki, Azərbaycanda insan haqlarının durumundan xəbərdardır, ancaq Azərbaycandaiş görmək istəyən belə məktubu da imzalamalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun