2018-2020-ci illərdə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana 1,6 mlrd. dollar ayıracaq.
Turan-nın xəbərinə görə, bu barədə AİB-in rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Azərbaycanda əməliyyatlar üzrə təsdiqlənmiş biznes- plana görə, AİB 2018-ci ildə 700 mln. dollar, 2019 və 2020-ci illərdə 450 mln. dollar ayıracaq.
Vəsait su (infrastruktur), nəqliyyat (avtomobil və dəmir yolları), energetika və dövlət sektorunun idarə olunması üzrə layihələrə yönəldiləcək.