AXCP Yasamal Rayon Şöbəsinin üzvü Üzeyir Abbasovun evinə yenidən polis əməkdaşları gəlib. Abzas.net xəbər verir ki, bu barədə Üzeyir Abbasov Feysbuk sosial şəbəkəsində öz hesabından yazıb. "Dostlar, məni Səbail rayon 8-ci polis bölməsinin əməkdaşları aparmağa gəliblər. Qapıdadırlar... Bunu yazıb qapını açıram və aparırlar... Sağ olun... Görüşənədək" - deyə o qeyd edib. Üzeyir Abbasov bundan öncə də bir neçə dəfə saxlanılıb. Özünün bildirdiyinə görə, onu sosial şəbəkələrdə hakimiyyətin əlehinə olan tənqidi paylaşmalarına görə saxlayıblar. Abbasov yaxın zamanlarda ard-arda bir neçə dəfə ağır beyin əməliyyatı keçirib.