Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi səyyar xidmət avtonəqliyyat vasitələrinin sığortası üçün 99 min manatdan çox məbləğdə müqavilə bağlayıb.
Turan-ın məlumatına görə, xüsusi avadanlıqlarla təchiz olunmuş avtobuslar "Xalq Sığorta" ASC-də sığortalanıb.
Dövlət Agentliyinin məlumatına görə, Bakıda və regionlarda (Bərdə, Masallı, Sumqayıt, Gəncə və Sabirabad) "ASAN Xidmət" mərkəzlərinin 10 avtobusu var.
Onların saxlanması ucuz başa gəlmir. Məsələn, bu il Dövlət Agentliyi "ASAN Xidmət" mərkəzlərinin və sözügedən avtobusların təmizlənməsi üçün dörd şirkətlə ("Super Servis X.F.", "Təmiz Servis", "Servis-Xidməti" və "Klassik Era") 1 mln. 839 min manat məbləğində 11 müqavilə bağlayıb.