Almaniyada parlament seçkiləri keçirilir

Almaniyada parlament seçkiləri keçirilir
24 Sentyabr 2017
Mətni dəyiş

Almaniyada bazar günü səhər başlayan parlament seçkilərində ölkənin hazırkı kansleri Angela Merkelin bir daha qalib gəlməsi proqnozlaşdırılır.

Seçkilərdə qələbə qazandığı halda xanım Merkel 4-cü dəfə kansler olacaq və onun hakim Xristian Demokrat Partiyası (CDU) Almaniya parlamentinin ən böyük partiyası olacaq.

CDU-nun hakimiyyətdəki koalisiya partnyoru Sosialist Demokrat Partiyası (SPD) həmçinin CDU-nun əsas rəqibidir. Lakin ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tarixində ilk dəfə bir neçə dairədə qələbə qazanması gözlənilir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 08:00 açılıb və axşam saat 18:00-da bağlanacaq.

İlkin nəticələrin səsvermənin sona çatmasından bir qədər sonra açıqlanacağı gözlənilir.

Çoxları üçün bu seçki xüsusi əhəmiyyət daşıyır. Proqnozlara əsasən, səsvermə nəticəsində 2-ci Dünya Müharibəsindən indiyədək ilk dəfə Almaniya parlamentinə 6 partiya seçilə bilər.

Bu nəticə hakim koalisiyanın quruluşunu dəyişə bilər.

Mühüm namizədlər

Angela Merkel: Proqnozlar onun qalib gələcəyini göstərir. Beynəlxalq cəmiyyətdə, 2005-ci ildən bəri Almaniyanın kansleri olan xanım Merkel sabitliyin təminatçısı kimi görünür. Avropa miqrasiya böhranının ən gərgin dövründə onun, qaçqınları Almaniyaya dəvət etməsi ona siyasi ziyan vursa da, sorğular onun bu ziyanı bir qədər aradan qaldırdığını göstərir.

Martin Shulz: O, mərkəz-solçu SPD-nin lideri, xanım Merkelin ən mühüm rəqibi və koalisiya partnyorudur. Bu isə partnyorunu tənqid etməyə cəhd edən siyasətçi üçün seçki kampaniyası dövründə çətinliklər yaradıb.

Alice Weidel və Alexander Gauland: Onlar ifrat sağçı AfD-nin əsas namizədləridirlər. Onlar üçün parlament yerləri qazanmaq və hətta bəzi proqnozlara görə, üçüncü ən böyük partiya olmaq böyük bir nailiyyət olar.

Xanım Merkelin kanslerlik uğrunda ən mühüm rəqibi SPD lideri və Avropa Parlamentinin sabiq prezidenti Martin Schulz-dur.

Lakin vəzifəsində 12 il təcrübə qazanan xanım Merkelin bir daha qalib gələcəyi ehtimal edilir.

[caption id="attachment_47236" align="aligncenter" width="1024"] Alice Weidel (solda) və Alexander Gauland (sağda) ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının əsas namizədləridirlər[/caption]

Seçkilərdə parlament yerləri qazanması ehtimal edilən partiyalar arasında ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası da var.

İndiyədək AfD yalnız regional parlamentlərdə yer qazana bilib. Lakin partiya seçki kampaniyası dövründə miqrasiya ilə bağlı narahatlıqları mərkəzi müzakirə mövzusuna çevirərək popularlığını artırıb.

Digər mühüm partiyalar arasında Die Linke (Sol), Yaşıllar və Azad Demokratlar (FDP) var.

Almaniyanın hər dörd ildən bir keçirilən parlament seçkilərində 18 yaşından yuxarı olan 61,5 milyon insanın səsvermə hüququ var.

Seçicilər iki səsvermədə iştirak edir - yerli namizəd və siyasi partiya üzrə seçimdə.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun