"Almaniya Türkiyədə olan alman məhbusların azadlığına nail olmaq üçün bu ölkə ilə iqtisadi əlaqələri daha da məhdudlaşdırmaq niyyətindədir".
Abzas.net xəbər verir ki, bun "Passauer Neue Presse" qəzetinə müsahibəsində Almaniya kansleri Angela Merkel deyib.
"Biz Türkiyə ilə iqtisadi əməkdaşlığı daha məhdudlaşdırmalı və layihələrə yenidən baxmalı olacayıq", - deyə, kansler bildirib.
Merkel Türkiyədə bir çox alman vətəndaşının hələ də həbsxanada olmasına hiddətlənib:
"Biz həbsdə olan vətəndaşlarımıza konsulluq vasitəsilə bacardığımız köməyi edirik. Çox təəssüf ki, hətta bu halda belə Türkiyə tərəfi bəzən işləri çətinləşdirir."
Almaniya hakimiyyətinin hesablamasına görə, Türkiyə həbsxanalarında 50-dən çox Almaniya vətəndaşı var. Bir çox hallarda bu həbslərin siyasi baxışlarla əlaqəli olduğu bildirilir.
Almaniya vətəndaşlarının Türkiyədə həbs edilməsindən sonra alman siyasətçilər Türkiyəyə qarşı olan ritorikanı sərtləşdiriblər.
Oktyabrda Avropa Birliyinə üzv ölkələrin liderləri Türkiyənin Avropa Birliyinə daxil olmasına dair danışıqların dayandırılması barədə məsələni müzakirə edəcəklər.