ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiya tələb olunub

ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiya tələb olunub
8 Sentyabr 2017
Mətni dəyiş
Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyanların ABŞ-a girişi yasaqlanır Abzas.net xəbər verir ki, “Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsinə görə Azərbaycan hakimiyyətinə təzyiqlər artamqdadır. Bununla bağlı ABŞ Senatında Azərbaycan rəsmilərinə sanksiya məsələsi gündəmə gəlib. ABŞ senatoru Dik Durbin belə bir təşəbbüslə çıxış edib ki, Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq olunsun. O, bununla bağlı sənədi Senata təqdim edib. Sənədə görə, Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmaq qadağan edilir. Sanksiya tətbiq olunacaq rəsmiləri müəyyənləşdirmək isə dövlət katibinə tapşırılır. Sənəd Senatın Xarici Əməliyyatlar və Büdcə Komitəsində müzakirə edilərək, qəbul olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun