ABŞ, İsveç və ATƏT Azərbaycan hakimiyyətini Turan-ın fəaliyyətinin bərpasına çağırır

ABŞ, İsveç və ATƏT Azərbaycan hakimiyyətini Turan-ın fəaliyyətinin bərpasına çağırır
12 Sentyabr 2017
Mətni dəyiş

ABŞ, İsveç, ATƏT yenidən Azərbaycan hakimiyyətini Mehman Əliyevin üzərindən siyasi motivli verigidən yayınma ittihamlarının götürülməsinə çağırıblar.

"Biz Mehman Əliyevin azadlığa buraxılmasını nəzərə alırıq, ancaq təəssüf edirik ki, o, indiyədək ev həbsindədir", - İsveçin insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə səfiri Annika Ben Devid sentyabrın 11-də Varşavada ATƏT-in insan inkişafı üzrə konfransında deyib.

"Azərbaycanda söz azadlığının vəziyyəti olduqca narahatedicidir", o vurğulayıb.

ABŞ nümayəndə heyətinin rəhbəri Devid Killion Azərbaycanda sonuncu müstəqil KİV olan Turan agentliyinə qarşı cinayət işindən və siyasi motivli ittihamlardan narahatlığını bildirib.

O, diqqəti ona yönəldib ki, Azərbaycanda bir neçə informasiya saytı bloklanıb. Bunların arasında "Azadlıq" radiosu da var. Bəzi jurnalistlər, o cümlədən Mehman Hüseynov, Əfqan Muxtarlı həbsdədir.

Öz növbəsində ATƏT-in mətbuat üzrə xüsusi nümayəndəsi Harlem Dezir hakimiyyəti Turan agentliyinin fəaliyyətinin bərpası üçün şərait yaradılmasına çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun