Abbas Hüseyn hәbsxanada ölümlə tәhdid edildiyini deyir

Abbas Hüseyn hәbsxanada ölümlə tәhdid edildiyini deyir
13 Sentyabr 2017
Mətni dəyiş

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş, Qobustandakı qapalı həbsxanada cəza çəkən Abbas Hüseynə qarşı yeni təxribat hazırlandığı bildirilir. Abzas.net xəbər verir ki, məlumatı Abbas Hüseynin yaxınları yayıb.

Abbas Hüseyn bu gün yaxınları ilə telefon əlaqəsi saxlayaraq bildirib ki, saxlanıldığı Qobustan həbsxanasında təhdid olunur. Artıq dözülməz həddə çatdığını bildirib. “Hər gün məni yenə qandallayıb karsa salacaqları və cəzalandıracaqları ilə hədələyirlər. Davamlı məni qıcıqlandırıb provakasiyaya çəkmək istəyirlər. Hətta burda öldürəcəkləri ilə hədələyirlər”,-deyə yaxınları ilə danışanda bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun