18 Avqust 2017
Mətni dəyiş
İspaniyada törədilən terror aktinda ölən və yaralananlar arasında azərbaycanlı olmayıb.
Abzas.net xəbər verir ki, bunu Azərbaycan Carici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Hikmət Hacızadə bildirib ki, terroru pisləyirik və İspaniyadakı səfirliyimizlə əlaqəni davam etdirib son məlumatları alırıq.
"Azərbaycanın İspaniyandakı səfirliyi İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək" - deyə H.Hacızadə bildirib.
Avqustun 17-si Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.