Vətəndaş cəmiyyəti Mehman Əliyevin həbsi ilə əlaqədar bir araya gəldi

Vətəndaş cəmiyyəti Mehman Əliyevin həbsi ilə əlaqədar bir araya gəldi
26 Avqust 2017
Mətni dəyiş

“Turan” İnformasiya Agentlyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı avqustun 26-sı Müsavat Partiyasının qərargahında ictimaiyyət təmsilçilərinin toplantısı keçirilib.

“Xural”qəzetinin baş redaktoru Əvəz Zeynallı baş verənləri “hamını bir yer toplayan şəxsin həbsi” kimi dəyərləndirib.

Onun fikrincə, bu həbs ölkədə bütünlükdə mövcud durumun gösətricisidir:

“Bu “qırmızı xətt”in “qırmızı xətt”inin keçilməsidir.M.Əliyev dünya çapında tanınan şəxsdir. Onun həbsilə hakimiyyət azad sözə meydan vermək istəməməsini ortaya qoyub”, Ə.Zeynallı bildirib.

Ə.Zeynallı deyib ki, M.Əliyevin müdafiəsi onun azadlığa çıxması ilə başa çatmallıdır.

“Mən təklif edirəm ki, ölkənin demokratik ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edək” , Bunu isə Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər bildirib.

“Əsas məqsəd azad sözü boğmaqdır”

İ.Qəmbərə görə, M.Əlievin həbsinin əsas səbəbi hakimiyyətin ölkədə yeganə yerli müstəqil informasiya qurum ilə də barışmamasıdır:

“Əsas məqsəd azad sözü boğmaqdır ki, bu da ölkədə durumun ağırlaşmasından xəbər verir”.

MSDM rəhbəri deyib ki, son vaxtlar Qərb Azərbaycan hakimiyyətilə danışmırdı. İndi M.Əliyevi həbs etməklə Azərbaycan hakimiyyəti Qərblə danışmaq istəyir:

“Qərb bu hakimiyyətlə danışacaq. Amma“bazarlıq” aparmayacaq”

“Azad medianın kökü qazılır” 

AXCP sədri Əli Kərimli isəhesab edir ki, bu həbslə rəsmi Bakı xalqa mesaj verib:

“Ölkədə müstəqil mətbuata yer yoxdur... Burada söhbət təkcə M.Əliyevdən və ya mediadan getmir. Bütünlükdə xalq imtahana çəkilir. Hakimiyyətin sistemli savaşı nəticəsində müxalifət kifayyət qədər zəifləyib, azad medianın kökü qazılır. Xalq da düşünür ki, onu bir neçə müxalif qüvvə və ziyalı xilsa edəcək. Amma ümumxalq hərəkatı olmayınca ölkə və xalq xilas ola bilməyəcək. Hamı bu hərəkata qoşulmalıdır. Çünki, bu bütün xalqın taleyidir”

Müsavat Partiyasının başqanı Arif Hacili isə deyib ki, çıxış yolunu bütün qüvvələrin birləşməsində görür.

A.Hacılı vurğulayıb ki, partiyaların ayrı-ayrılıqda mübarizəsi səmərə verməyəcək.

Tədbirdə qərara alınıb ki, M.Əliyevin hüquqlarını Müfafiə Komitəsi avqustun 28-də toplansın və komitənin tərkibi açıqlansın.

Xatırlatma

Avqustun 25-i məhkəmənin qəararı ilə Mehman Əliyev haqqında fevralın 7-nə kimi həbs qəti imkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irləi sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və ounu siyasi sifariş sayır.

Vergilər Nazirliyiavqustun 8-də“Turan” Agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun