Türkiyənin İŞİD-lə müttəfiq olduğuna dair yeni iddialar ortaya çıxıb

Türkiyənin İŞİD-lə müttəfiq olduğuna dair yeni iddialar ortaya çıxıb
14 Avqust 2017
Mətni dəyiş

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının keçmiş üzvü Türkiyə ordusunun bu terrorçu dəstəylə əməkdaşlığı barədə iddialar səsləndirib.

Bu haqda «Newsweek» dərgisində Barney Guiton yazır.

İddiaya görə, İraq və Suriyada böyük əraziyə nəzarət edən İŞİD üzvləri kürd qüvvələriylə savaşan döyüşçülərin gücləndirilməsində Türkiyə ərazisindən istifadə edirlər.

«Sherko Omer» ləqəbli, vaxtilə İŞİD-lə işləmiş kommunikasiya mütəxəssisi qruplaşmadan canını qurtara bilib. O, dərgiyə danışıb ki, İŞİD bölümünə aid yük maşınları karvanıyla Raqqadan Türkiyə sərhədini, Türkiyə ərazisini keçib və fevralda Suriyanın şimalındakı Serekaniye şəhərində Suriya kürdlərinə hücumda iştirakdan ötrü qayıdıb.

«KÜRDLƏRİ GÜLLƏLƏYİRLƏR»

«İŞİD komandirləri bizə deyirdilər ki, heç nədən qorxmayaq, çünki türklərlə tam əməkdaşlıq olunur. Bizi əmin edirdilər ki, heç nə baş verməyəcək. Özəlliklə də Raqqa və Hələbdən Suriyanın şimal-şərqindəki kürd ərazilərə belə gedib-gəlirlər. Kürd regionunun əksər hissələri YPG-nin (Suriya Kürdüstanı Milli Ordusu) nəzarətindədir deyə, Suriya ərazisindən gediş-gəliş mümkün deyil», – Omer danışıb.

Məqalədə vurğulanır ki, NATO üzvü olan Türkiyə ötən ayadək kürd döyüşçülərin Suriya sərhədini keçməsinə icazə vermirdi. Həmin kürdlər sərhəddəki Kobani şəhərinin müdafiəsinə qoşulmağa çalışırlar. Kobanidəki kürdlər «Newsweek»ə deyiblər ki, sərhəddən sursat keçirməyə çalışanları adətən güllələyirlər.

YPG-nin sözçüsü Polat Can bir az da irəli gedərək türk qüvvələrin İŞİD-ə fəal kömək etdiyini dilə gətirib:

«İndi əlimizdə Türkiyə ordusunun İŞİD terrorçularına silah, sursat verməsi, Türkiyənin rəsmi sərhədini keçməyə icazə verməsinə dair yetərincə dəlil var. Məqsəd İŞİD terrorçularının Rocavada (Suriyanın şimal-şərqi) kürd xalqına qeyri-insani hücumlarına şərait yaratmaqdır».

TƏSDİQLƏNMƏMİŞ SÜBUT

Omer-in sözlərinə görə, o, İŞİD-də olduğu müddətdə Türkiyə kürdlərə qarşı müttəfiq sayılıb:

«Özəlliklə də Suriyadakı kürdlərə hücumlar məsələsində İŞİD Türkiyə ordusuna müttəfiq kimi baxırdı. Kürdlər İŞİD və Türkiyənin ümumi düşməni idi. İŞİD də Türkiyənin müttəfiqi olmalıydı, çünki Suriyadakı kürd şəhərlərinin şimal hissələrinə İŞİD-ə döyüşçülər Türkiyə ərazisindən daşınırdı».

«İŞİD və Türkiyə quruda vahid düşməni – kürdləri məhv etmək yönündə əməkdaşlıq edirlər», – o, sözlərinə əlavə edib.

«Newsweek» Omer-in dediklərini təsdiqlədə bilməyib, ancaq bunu son bir ayda Türkiyə qüvvələrinin İŞİD-in artan fəaliyyətinə göz yummasına təsdiqlənməmiş sübut olduğunu qeyd edir.

İraq Kürdüstanında uğurlu biznesmenin oğlu olan Omer Suriyaya prezident Bashar al-Assad-la vuruşan Azad Suriya Ordusuna qoşulmağa gedib, ancaq bir də ayılıb ki, İŞİD-dədir. O, İŞİD-in Raqqadakı kommunikasiya bürosunda işləyib. İşi İŞİD-in səhra komandirlərini Türkiyədəki adamlarla calaşdırmaq olub.

SƏRHƏDİ BELƏ KEÇİBLƏR

«Nadir hallarda ərəbcə danışırdılar. Əsas danışıqlar türkcə olurdu, çünki daha çox Türkiyə rəsmiləriylə danışırdılar. Onlarla danışan İŞİD üzvləri də ciddi olmağa çalışırdılar», – deyən Omer daha sonra Serekaniyedə kürd qüvvələriylə vuruşmağa gedən batalyona köçürülüb.

Deyir, yük maşınları karvanıyla Türkiyə ərazisindən keçiblər, yolboyu gizli yerlərdə qalıblar, nəhayət, Ceylanpınar sərhəd keçid məntəqəsindən Suriyaya keçə biliblər.

Omer-in sözlərinə görə, Suriyaya qayıdarkən də İŞİD komandiri onları əmin edib ki, hər şey yaxşı olacaq, çünki türklərlə əməkdaşlıq olunur.

«Tez-tez radioda türkcə danışırdı», – o söyləyib.

Omer daha sonra danışıb ki, Ceylanpınar postunu keçməyə çalışarkən türk əsgərlər onların üstünə projektor salıb. Komandir onlara deyib ki, sakit dursunlar, ancaq işığa baxmasınlar. O, radioyla türkcə danışıb və işıq 10 dəqiqə sonra yerini dəyişəndə komandir onlara tərpənmək əmri verib, çünki işığın onlardan uzaqlaşması sərhədi keçmələrinə icazə siqnalı imiş.

Omer Serekaniyedə qaldığı düşərgəyə hücum edən kürd qüvvələrə təslim olduğunu söyləyir. O, bir neçə ay saxlanıb, kürdlər onun İŞİD-də döyüşmədiyinə əmin olandan sonra onu buraxıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun