Türkiyənin axtarışa verdiyi İsveç vətəndaşı olan jurnalist Barselonada saxlanılıb

Türkiyənin axtarışa verdiyi İsveç vətəndaşı olan jurnalist Barselonada saxlanılıb
10 Avqust 2017
Mətni dəyiş

İsveçin Xarici İşlər Nazirliyi 6 gündür ki, Türkiyənin tələbi ilə Barselonada həbs edilən jurnalist Hamza Yalçın-ın vəziyyətini aydınlaşdırmaqla məşğul olduğunu bildirib.

Odak adlı solçu internet jurnalının redaktoru olan Yalçın İsveç vətəndaşıdır.

O, avqustun 3-də Barselonanın El Prat hava limanına endiyi zaman, haqqında Türkiyənin xahişi ilə beynəlxalq həbs əmri olduğunu öyrənib və o, həbsxanaya göndərilib.

İsveç XİN-i ona vəkil tutub və onun həbsxanada ziyarət edilməsinə çalışdığını açıqlayıb.

Hamza Yalçın kimdir?

Odak jurnalının heyəti redaktorlarının azad edilməsinə dair yazılarında bildirib: "Hamza Yalçın Türkiyədə həyata keçirdiyi inqilabi fəaliyyətinə görə Türkiyə hökuməti tərəfindən iki dəfə ömürlük həbs cəzasına məhkum edilmiş bir sosialistdir. Odak jurnalının baş redaktoru, eyni zamanda İsveç Yazıçılar Birliyi ilə Amnesty-nin (Əfv təşkilatı) üzvü olan bir inqilabçıdır."

Jurnal yazıb ki, İspaniya rəsmiləri Yalçını İnterpol xəttilə qırmızı bülleten ilə axtarıb və bunun səbəbi də Türkiyədə Odak jurnalına qarşı əməliyyatların aparılmasıdır.

İsveç XİN-i Yalçının nə ilə ittiham edildiyini anlamağa çalışdığını bildirib.

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı bildirib ki, jurnalist "terrorçuluqda" ittiham edilir.

RSF Türkiyə hökumətinin təxminən bir il öncə edilmiş dövlət çevrilişi cəhdindən sonra elan etdiyi fövqəladə hal vəziyyətindən özünə yönələn tənqidləri yatırmaq üçün istifadə etdiyini deyərək tənqid edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun