Bu gün Brüsseldə səfirliklərin konfransı keçirilib.
Abzas.net xəbər verir ki, konfransda çıxış edən Avropa Komissiyasının sədri Jean Claude Juncker Türkiyə ilə qərb arasındakı münasibətlər və Türkiyənin Avropa İttifaqına üzvlüyü barədə danışıb.
"Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır. Türkiyə ilə danışıqları dayandırmalıyıq, ya yox. Burada əsas diqqət ediləsi məqam budur. Lakin bu, tamamilə nəzəri məsələdir. Çünki indiki halda, heç bir danışıq getmir", - deyə, Juncker bildirib.
Juncker bildirib ki, Türkiyənin bugün Aİ-yə qoşula bilməməsinin əsas səbəbkarı Erdoğan və onun yaratdığı sistemdir. O, Aİ-nin bunu bütün Türkiyəyə başa salmalı olduğunu vurğulayıb.
"Hər zaman yaxşı münasibətlərə malik olduğum Recep Tayyip Erdoğan qərblə Türkiyə arasındakı gərginliyin səbəbkarı kimi Avropa İttifaqını göstərməsi, danışıqların dayandırılmasında Aİ-ni günahlandırması onun bu məsələdəki istəyi ilə bağlı şübhələrə yol açır. ", - Avropa Komissiyasının sədri əlavə edib.