Türkiyə prezidenti deyir ki, Türkiyədə çevriliş şübhəliləri və "terroristlər" məhkəmə qarşısına çıxarılarkən badamı-qəhvəyi rəngli forma geyinməlidirlər.
Recep Tayyip Erdoğan 2016-cı ilin iyul ayındakı çevriliş planına cəhddə həbs olunanlarının kombinezon geyinəcəyini bildirib.
Digər "terroristlər" gödəkçə və şalvarlar geyinəcəklər. Bu termindən Türkiyə rəsmiləri ABŞ-da fəaliyyət göstərən İslam din xadimi Fəthullah Gülenin tərəfdarları və kürd üsyançıları üçün istifadə edir.
Keçən ay çevrilişdə təqsirli bilinən zabit hakim qarşısına "Hero" yazılmış köynəkdə çıxıb.
CNNTurk kanalının yaydığı xəbərə görə, polis daha sonra təxminən 30 nəfərin üzərində məhz "Hero" sözü yazılan köynək geyindiyi üçün nəzarətə götürüb.
"Bundan sonra heç kəs məhkəməyə istədiyi geyimdə çıxa bilməz" - cənab Erdoğan Türkiyənin şərqindəki Malatya şəhərində çıxışı zamanı bildirib.
O, iyulun 15-in də çevrilişə cəhdin ildönümündə, "Guantanamoda olduğu kimi" məhbus formasının tətbiq olunacağını deyib. Cihadçı olduğu iddia edilənlərin saxlandığı ABŞ həbsxanası məhkumlara parlaq narıncı rəngli kombinezonlar geyindirir.
Cənab Erdoğan deyir ki, Türkiyə ən azı 260 insanın həlak olduğu çevrilişdə günahkar bilinən "Gülençilerin" kökünü kəsməlidir.
Erdoğana sadiq olmayan zabitlər ötən ilin 15 iyul gecəsində onu devirmyə çalışıb və parlamenti bombalayıb.
O şübhəlilərin məhkəmə qarşısında hər zaman "yalan söylədiklərini" deyib.
Türkiyədə 50 mindən çox insan saxlanılıb və 150 000 dövlət məmuru çevrilişdə cəhddə şübhəli olduqlarına görə işlərindən kənarlaşdirilib. Ölkədə davam edən fövqəladə vəziyyət altında həyata keçirilən repressiyalara beynəlxalq aləmdən güclü tənqidlər gəlir.