Türkiyədə 9-u jurnalist olmaqla daha 35 nəfərin həbsinə order verilib

Türkiyədə 9-u jurnalist olmaqla daha 35 nəfərin həbsinə order verilib
10 Avqust 2017
Mətni dəyiş

Türkiyədə daha 35 nəfərin həbsinə order verilib. Onlardan doqquzunun jurnalist olduğu bildirilir.

Onlar 2016-cı il iyulun 15-də ölkədə törədilən hərbi çevriliş cəhdinin təşkilində ittiham olunan ilahiyatçı Fətullah Gülen hərəkatı ilə bağlılıqda ittiham olunurlarlar.

Fətullah Gülen hazırda ABŞ-da yaşayır.

“Birgün” qəzetinin redaktoru da şübhəlilər arasındadır.

Dövlət informasiya agentliyinin məlumatına görə, o “silahlı terrorçu qrupla” əlbir olmaqda ittiham olunur.

Polis şübhəlilərin evlərində axtarış əməliyyatları keçirir.

İstintaqın qənaətinə görə onların hamısı “ByLock mesencer” vasitəsi ilə əlaqə saxlayırmışlar.

Türkiyədə uğursuz qiyam cəhdindən sonra 160-dan çox mətbuat orqanı bağlanıb, 150 mindən artıq adam, iştən kənarlaşdırılıb, təxminən 50 min nəfərsə həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun