Türkiyəni yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.
Abzas.net xəbər verir ki, Ramil Quliyev bu uğura Londonda keçirilən yarışda imza atıb.
Türkiyə təmsilçisi 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyəylə birinci çatıb.
CAR təmsilçisi Vayde van Nikerk 20,11 saniyə nəticə göstərərək gümüş, Trinidad və Tobaqolu Jerem Riçards isə eyni nəticə ilə bürünc medalı qazanıb.
Ramil Quliyev 2011-ci ildən Türkiyə millisinin uğurları üçün çalışır. 27 yaşlı sprinter karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib.