ABŞ prezidenti Donald Trump-ın qanunvericiliyin tənzimlənməsi üzrə xüsusi müşaviri Carl İcahn vəzifəsini tərk edib.
"Reuters"-in məlumatına görə, bu barədə 81 yaşlı milyarderin dövlət başçısına ünvanlandığı məktubda bildirilir.
C.İcahn postunu mümkün maraq münaqişəsinə dair şübhələrə görə tərk edib. İcahn bildirib ki, Neomi Rao Ağ Evin informasiya və tənzimləmə idarəsinin rəisi təyin olunandan sonra o, administrasiyada tutduğu vəzifə və fəaliyyət sahəsi ilə əlaqədar sorğular almağa başlayıb. “Vəzifəmlə bağlı partiyadaxili mübahisələrin yaranmasını arzulamadığıma görə, əməkdaşlığımızı dayandırmaq qərarına gəldim”, İcahn vurğulayıb.
D.Trump varidatı 24 milyard dollar təşkil edən investoru prezident seçkilərində qələbəsindən sonra əməkdaşlığa dəvət edib. Onun administrasiyadakı postu qeyri-rəsmi olsa da, işgüzar maraqlarından imtina etməyi tələb edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Trump-ın strateji məsələlər üzrə baş müşaviri Steve Bannon postunu tərk edib.