Seul məhkəməsi 5-ci gün "Samsung" şirkətinin rəhbərinin müavinini 5 il müddətinə azadlıqdan məhrum edib.
Abzas.net xəbər verir ki, "Samsung" şirkətinin ikinci adamı olan Lee Jae Young-a məhkəmə hökm oxuyub.
Lee Jae 5 il müddətinə azadlıqdan məhrum edilib. Şirkət rəhbərliyinin daha 2 üzvünə 4 il həbs verilib.
Lee, bəzi işləri rahat şəkildə həyata keçirmək məqsədilə, keçmiş prezident Park Geun Hye-nin dəstəyini qazanmaq üçün, onun ətrafına rüşvət verməkdə ittiham olunur.
Məhkəmənin hökmündə qeyd olnur ki, Lee keçmiş prezidentin dəstəyini qazanmaq üçün rüşvətlər verib. Onun verdiyi sübüt olunmuş rüşvətlərinin ümumi məbləği 6.4 mlrd. von (5.6 mln. dollar) dollar təşkil edib. Bundan əlavə məhkəmə, Lee-ni qanunsuz gəlirlərin gizlədilməsində və qanunsuz şəkildə xaricə pul köçürməkdə günahkar bilib.
Lee Jae -nin bu korrupsiya qalmaqalı bu ilin martında Cənubi Koreya prezidenti Park Geun Hye-nin vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarıb.