"Samsung" rəhbərinin müavininə 12 il həbs istənilib

"Samsung" rəhbərinin müavininə 12 il həbs istənilib
7 Avqust 2017
Mətni dəyiş

"Samsung"-un prezidentinin müavininə 12 il həbs istənildi.

Abzas.net xəbər verir ki, Cənubi Koreyanın "Samsung" şirkətinin rəhbərinin müavini olan və fevral ayından həbsdə olan Jay Y. Lee bu gün məhkəmə qarşısına çıxıb.

Vəzifədən sui-istifadə, korrupsiya və rüşvətdə ittiham olunan Lee-yə 12 il həbs istənilib.

Lee-nin vəkili bu ittihamları qəbul etməyib və bütün bunların düzüb-qoşma adlandırıb.

Məhkəmədə Lee hakim qarşısında göz yaşlarını saxlaya bilməyib.

Dünya nəhəngi olan şirkətin ikinci adamını məhkəməyə qandalda gətiriblər.

İddialara görə, Lee, "Samsung"-a bağlı iki ortaqlığın birləşdirilməsi üçün hökümətdən dəstək istəyib. Qarşılığında isə, keçmiş ölkə prezidenti Park-ın dostu Choi Soon-un rəhbərlik etdiyi xeyir güdməyən qurumlara, fondlara pul pağışlayıb.

Vəzifədən sui-istifadə və rüşvət qalmaqalının ardından Park Geun-hye prezidentlikdən azad edilmişdi.

Jae Lee, atası Lee Kun-hee-nin xəstə olması səbəbilə "Samsung"-un rəhbəri vəzifəsini icra edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun