Micheil Saakashvili sentyabrın 10-da Ukraynaya qayıdacağını bildirib.
Azbas.net xəbər verir ki, bu barədə sabiq Gürcüstan prezidenti öz "Facebook" səhifəsində məlumat verib.
Odessa vilayətinin keçmiş qubernatoru Ukrayna hökümətini bunu şou vasitəsinə çevirməməyə çağırıb:
"Mən, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacağımı elan edirəm. Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın".
Micheil Saakashvili iyulun 26-da prezident Petro Poroshenko-nun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib.
Hazırda Saakashvili Avropa İttifaqı ölkələrində səyahət edir. Polşa və Litvadan sonra, o, Macarıstana səfər edib.