İspaniya Superkubokunun cavab oyunu keçirilib.
Abzas.net xəbər verir ki, ilk görüşdə səfərdə katalonları 1:3 hesabı ilə məğlub edən Madrid təmsilçisi cavab oyununda əzəli rəqibini ""Santiago Bernabeu"-da qəbul edib.
"Kral Klubu" bu dəfə də "Barcelona"-dan güclü olub və 2:0 hesabı ilə qələbə qazanıb.
Oyunda qolları Marco Assensio (4) və Karim Benzema (39) vurub.
Bu "Real" Madridin tarixi ərzində qazandığı 10-cu İspaniya superkuboku olub.