Türkiyənin ilk dünya çempionu, Azərbaycan əsilli atlet Ramil Quliyev, İngiltərənin Birmingham şəhərində keçirilən Diamond League (Almaz Liqa) 200 metrə qaçış yarışında yenidən qalib olub.
Bazar günü meydançaya çıxan Quliyev 20.17 saniyəlik dərəcə ilə zirvəni qazanıb.
ABŞ-lı atlet Ameer Webb 20.26 saniyə, kanadalı atlet Aaron Brown 20.30 saniyəlik dərəcə ilə yarışı müvafiq olaraq, ikinci və üçüncü yerdə tamamlayıb.
Ramil Quliyev Londonda keçirilən Dünya Atletika Çempionatında 20.09 saniyəlik dərəcə ilə birinci yerı alaraq Türkiyənin ilk atletika üzrə qızıl medalını qazanıb.
Beynəlxalq Atletika Federasiyalarının Assosiasiyasının (İAAF) Diamond League-i 2010-cu ildən bəri keçirilən ənənəvi yarışdır.
Yarışların məqsədi Avropadan kənardakı ölkələr də daxil olmaqla, atletlərin yarış tərcübəsini artırmaqdır.