UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində“Şerif”- “Qarabağ” oyunununda Azərbaycan təmsilçisi qələbə qazanıb.
Abzas.net xəbər verir ki, ilk oyunu qolsuz heç-heçə ilə bitən oyunun Tiraspolda keçirilən cavab qarşılaşmasında Ağdam təmsilçisi 1:2 hesabı ilə qələbə qazanaraq UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanıb.
"Qarbağın" qollarını Ndlovu (45+3) və Michel (86) vurublar. Rəqib komandadan isə 90-cı dəqiqədə penaltidən Babadinga fərqlənib.
"Qarabağ" ÇL-nın "play-off"-na vəsiqə qazanan ilk Azərbaycan klubudur.